Modern.az

13 mindən çox müəllim iş yerini dəyişmək İSTƏYİR

13 mindən çox müəllim iş yerini dəyişmək İSTƏYİR

Aktual

17 May 2021, 13:21

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, 5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib. Onlardan 8441 nəfəri ərizəsini tamamlayaraq, iştirakını təsdiq edib.

 

Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək. 

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...