Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının ( ÜGT) onlayn seminarında iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə Səfər Mehdiyev özünün tvitter hesabında məlumat paylaşıb.

 

"Bu gün ÜGT-nin Avropa Regionunda köklü dəyişmə yaradan texnologiyalar sahəsində təcrübə mübadiləsi üzrə keçirilən onlayn seminar yeni texnologiyaların gömrük orqanlarında tətbiqinin faydalarının öyrənilməsi, qabaqcıl təcrübələrin paylaşılması baxımından səmərəli olacaq",- deyə S.Mehdiyev əlavə edib.

 

Səfər Mehdiyev gömrükdə yeniliklərin tətbiqinə dair seminarda iştirak etdi- FOTO