Modern.az

İntihara sövq edənlər hanı məsuliyyəti daşıyır?.. - Hüquqşünas RƏYİ

İntihara sövq edənlər hanı məsuliyyəti daşıyır?.. - Hüquqşünas RƏYİ

Aktual

18 May 2021, 13:35

Azərbaycanda hər keçən gün arta intihar tendensiyası ilə qarşılaşırıq. Son dövrlərdə xüsusilə də gənclərin özünəqəsd halları çoxalıb. Bu insanlar cəmiyyət tərəfindən basqılar, ailədaxili problemlər və bu kimi bir sıra narahatlıqlardan, dözülməz vəziyyətlərdən qaçmaq üçün intihar yolunu seçir. İntihar edən şəxs müəyyən dövrlərdə depressiyada olduğunu, heç kimlə əlaqə saxlamaq istəmədiyini yaxınlara desə də, adətən çevrəsi tərəfindən buna məhəl qoyulmur. Araşdırmalar nəticəsində məlum olur ki, adətən intihar edənləri buna “yuvarlayanlar” var.  

Bəs qarşısındakı insanı intihara sövq edən şəxs qanun çərçivəsində hansı məsuliyyəti daşıyır?

Məsələ ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a danışıb.

 “Son vaxtlar intihar hadisələri çoxalıb. Həmin cinayətləri araşdırarkən əsasən görürük ki, intihar  etməsinə insanın ailə üzvlərinin və yaxud yaxınlarının şantaj etməsi, qorxutması, döyməsi, təzyiq etməsi səbəb olur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsində özünü öldürmə həddinə çatdırma ilə bağlı maddə var. Qanunda qeyd edilir ki, əgər təqsirkardan maddi, xidməti və başqa cəhətdən asılı olan zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, ləyaqətini alçatma, ona hədə-qorxu gələrək intihara çatdırma halı baş verərsə, həmin şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum edilir.

Onu qeyd edim ki, bu cinayət işinin amılması üçün zərərçəkmiş şəxsin intihara sövq edəndən maddi, xidməti və başqa cəhətdən asılı olması vacibdir. Eyni zamanda, zərərçəkmişin özünü öldürməyə hazırlıq görməsi və ya özünü öldürəcəyini söyləməsi CM-nin 125-ci maddəsi ilə məsuliyyət yaratmır”.


Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı