Modern.az

İbrahim İbrahimli ağır xəstəliyə tutulub

İbrahim İbrahimli ağır xəstəliyə tutulub

Aktual

18 May 2021, 15:18

Milli Şuranın üzvü, keçmiş deputat İbrahim İbrahimli ağır xəstəliyə tutulub.

Modern.az saytının xəbərinə görə, bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

Onun sözlərinə görə, İbrahim İbrahimli MRT müayinəsindən keçibn. Ona qoyulan diaqnozdan məlum olub ki, İbrahim İbrahimlinin beynində şiş əmələ gəlib və bunun nəticəsində beyin qan dövranının pozulub. Bu həm də İbrahim bəyin hərəkət etməsini çətinləşdirib.


Sabiq deputat İbrahim İbrahimli uzun illər Müsavat Partiyasının ən nüfuzlu şəxslərindən biri olub. O, 2015-ci ildə Müsavatdan istefa verəndən sonra Milli Şuranın üzvü kimi siyasi fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı