Modern.az

Güləşçimiz erməni rəqibini məğlub ETDİ

Güləşçimiz erməni rəqibini məğlub ETDİ

Aktual

18 May 2021, 16:00

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, çempionatda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Vahid Qalayev səkkizdəbir finalda Gürcüstan idmançısı Aleksi Jorjolianidən güclü olub. Azərbaycan pəhləvanı dörddəbir finalda Ermənistan təmsilçisi Hovannes Maqakyana 6:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

 

Avropa çempionatına mayın 23-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı