Modern.az

Parakarateçimiz Avropa çempionu oldu

Parakarateçimiz Avropa çempionu oldu

Aktual

23 May 2021, 00:14

Xorvatiyanın Poreç şəhərində parakarate üzrə Avropa çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, millimizin üzvü Emliya Mitlinova finalda Vask Karmenə (Estoniya) qalib gələrək Avropa çempionu adına layiq görülüb.

 

Bununla da parakarateçilərimizin Avropa çempionatında qazandıqları medalların sayı 3-ə çatıb.

 

Qeyd edək ki, müxtəlif kateqoriyalarda yarışan idmançılarımızdan Sahib Əhədov və Eldar Əhmədov bürünc medal qazanıblar.

 

Parakarate üzrə Avropa çempionatında 5 idmançımız mübarizə aparır. Qitə çempionatına mayın 23-də yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı