Modern.az

Bu dəfə fırtına Ermənistanı cənginə aldı

Bu dəfə fırtına Ermənistanı cənginə aldı

Aktual

23 May 2021, 10:30

Ermənistanın Ararat bölgəsində fırtına həyatı iflic vəziyyətinə salıb.

 

Modern.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, ötən gün günortadan başlayan güclü külək bu gecə fırtınaya çevrilib. Güclü külək evlərin dam örtüyünü uçurub. İşıq dirəklərini yıxıb. Bir sıra müvəqqəti keçidləri aşırıb.

 

Nəticədə Ararat bölgəsinin bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb. Fırtınadan ən çox Xaçpar kəndinin ziyan gördüyü bildirilir. Burada kəndlilərin şəxsi təsərrüfatlarına da ciddi ziyanın dəydiyi vurğulanır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər