Modern.az

Gimnastlarımız Kiyevdən medallarla dönür

Gimnastlarımız Kiyevdən medallarla dönür

Aktual

23 May 2021, 23:33

Bu həftəsonu Kiyevdə (Ukrayna) idman gimnastikası üzrə beynəlxalq turnir təşkil edilib.

 

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-a verilən məlumata görə, turnirdə ölkəmizi qadın idman gimnastikası üzrə yığma komandanın üzvləri Marina Nekrasova, Milana Minakovskaya və Nazənin Teymurova təmsil edib.

 

Komandanın lideri Marina sevimli aləti dayaqlı tullanma üzrə hərəkətlərdə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Müxtəlif hündürlüklü qollarda çıxışına görə o, 3-cü olub, çoxnövçülükdə isə medalın bir addımlığında dayanıb.

 

Yarışda gənclər arasında yarışan Nazənin Teymurova isə 4 medal qazanıb. Sərbəst hərəkətlərdə gümüş əldə edən gimnastımız, çoxnövçülük, dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.

 

Böyüklər arasında daha bir təmsilçimiz Milana isə sərbəst hərəkətlərdə 5-ci, müxtəlif hündürlüklü qollarda 6-cı və çoxnövçülükdə 9-cu olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı