Modern.az

Polşa prezidenti Türkiyəyə səfər edəcək

Polşa prezidenti Türkiyəyə səfər edəcək

Aktual

23 May 2021, 23:48

Polşa Prezidenti Anjey Dudanın Türkiyəyə rəsmi səfəri baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

 

Məlumata əsasən, səfər çərçivəsində bir çox sahələrdə iki ölkə arasındakı münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün lazımi addımlar müzakirə olunacaq.

 

Keçiriləcək rəsmi görüşlər zamanı regional və qlobal gündəmə aid məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

 

Həmçinin, səfər çərçivəsində bir sıra ikitərəfli anlaşmaların imzalanması gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı