Modern.az

“Lider” TV-nin kollektivi apellyasiya şikayəti verməyəcək - AÇIQLAMA

“Lider” TV-nin kollektivi apellyasiya şikayəti verməyəcək - AÇIQLAMA

Aktual

24 May 2021, 16:11

Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub.

 

“Lider” TV və “Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider” TV və “Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və "Lider” TV və “Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

 

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı “Lider” TV-nin əməkdaşı Kəmalə Nəsibova ilə danışıb:

 

““Lider” TV-nin bağlanması hər birimiz üçün pis oldu, çox təəssüflənirik. Yəqin ki, belə olmalı imiş. Lakin “Lider” böyük bir məktəbdir. Bu dəqiqə “Lider” TV-də məktəb görmüş hər kəsi başqa bir televiziyalarda görmək mümkündür.

İki həftə bundan öncə hamımız danışdıq. Nə mən, nə də həmkarlarım apellyasiya şikayəti verməyi düşünürük”.

 

Nəzrin Vahid

 

Sizə yeni x var
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia