Modern.az

Azərbaycan bankları nağd valyuta alqı-satqısını azaldıb

Azərbaycan bankları nağd valyuta alqı-satqısını azaldıb

Aktual

24 May 2021, 21:26

2021-ci ilin birinci rübündə Azərbaycan bankları nağd valyuta alqı-satqısı əməliyyatlarını iki dəfə azaldıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın pul-kredit siyasəti icmalında qeyd olunub.

 

Hesabat dövründə 1,1 milyard dollar həcmində nağd valyuta alqı-satqısı baş tutub. Bu əməliyyatlarda ABŞ dollarının payı 89 faiz təşkil edib.

Bu ilin birinci rübündə Azərbaycanın nağdsız valyuta bazarı 5,9 milyard dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz azdır. Bu məbləğin 85,6 faiz ABŞ dollarının payına düşüb.

 

Mərkəzi Bankın hesabatına əsasən, yanvar-mart aylarında nağdsız əməliyyatların 69,4 faizi bankdaxili, 30,6 faizi banklararası valyuta bazarının payına düşüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı