Modern.az

Sumqayıtda iki maşın toqquşdu, xəsarət alan var - FOTO

Sumqayıtda iki maşın toqquşdu, xəsarət alan var - FOTO

Aktual

24 May 2021, 23:52

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Zülfi Hacıyev küçəsində qeydə alınıb.

 

Belə ki, 50-DH-450 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil döngədən gələn 50-DE-192 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobili gözləməyərək ona çırpılıb.

 

Hadisə nəticəsində bir nəfər (şəxsiyyəti müəyyənləşdirilir-red) xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

 

Faktla bağlı araşdırma aparılır (report).

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı