Modern.az

Bu ölkədə peyvəndlənənlər açıq havada maskasız gəzəcəklər

Bu ölkədə peyvəndlənənlər açıq havada maskasız gəzəcəklər

Aktual

25 May 2021, 00:35

Avropa İttifaqında koronavirusa qarşı kollektiv immunitetin formalaşmasına nail olan ilk ölkə Maltadır.

 

Modern.az “Reuters”ə istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Kris Fene bəyan edib.

 

O bildirib ki, artıq Maltanın yetkin əhalisinin 70%-i bir, 42%-i isə iki doza peyvəndlə təmin olunub.

 

Nazirin sözlərinə görə, iyul ayından etibarən vaksinasiyası başa çatmış şəxslər açıq havada maskasız gəzə biləcəklər. Qapalı məkanlarda isə hər kəs üçün maska taxmaq məcburiyyəti saxlanılacaq.

 

Qeyd edək ki, pandemiyanın başlanğıcından etibarən Maltada 30,5 min nəfər COVID-ə yoluxub, 417 nəfər isə vuris səbəbindən ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı