Modern.az

Polis gecələr işləyən çayxanaya basqın etdi

Polis gecələr işləyən çayxanaya basqın etdi

Aktual

25 May 2021, 09:42

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

 

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, obyektin icarədarı O.Kikinadze və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Sizə yeni x var
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!