Modern.az

Goranboyun icra başçısı kənd sakinlərilə görüşüb - FOTOLAR

Goranboyun icra başçısı kənd sakinlərilə görüşüb - FOTOLAR

Aktual

25 May 2021, 10:06

Goranboy rayon İcra Hakimiyyəti Başçısı Meşəli kəndində bir qrup sakinlərlə görüşüb, kəndin həlli vacib problemləri ilə bağlı müzakirələr aparılıb.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə Meşəli kəndində bir qrup sakinlərlə görüşdü, kənddə elektrik təsərrüfatının yenidən qurulması, rabitə xətlərinin yenilənməsi və bununla bağlı əhalinin tələbatının tam ödənilməsi, içməli su, yol və örüş-otlaq sahələri ilə bağlı problemlərin həlli istiqamətlərində müzakirələr aparıldı. İcra Başçısı  həlli vacib bu məsələlərlə bağlı, aidiyyəti üzrə yuxarı dövlət orqanlarına rəsmi müraciətlərin ünvanlandığını bildirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!