Modern.az

Əhmedinejatın namizədliyi qeydə alınmadı

Əhmedinejatın namizədliyi qeydə alınmadı

Aktual

25 May 2021, 12:10

İranın Konstitusiyaya Nəzarət Şurası keçmiş prezident Mahmud Əhmədinejatın prezident seçkisində iştirak etmək üçün namizədliyini qeydə almayıb.

 

Modern.az xəbər verir ki, İran parlamentinin keçmiş sədri Əli Laricani və vitse-prezidenti İshaq Cahangiri də namizəd olaraq seçkiyə qatıla bilməyəcəklər.

 

Seçkidə prezidentliyə namizədlər arasında ən şanslı İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi sayılır.

 

Xatırladaq ki, 2017-ci ilin prezident seçkisində də onun namizədliyi qeydə alınmamışdı. İranın 6-cı prezidenti Mahmud Əhmədinejat 2005-ci il avqustun 3-dən 2013-cü il avqustun 3-dək hökumət başçısı olub. O bildirmişdi ki, namizədliyi qeydə alınmazsa seçkini boykot edəcək.

 

İranda prezident seçkisi 2021-ci il iyunun 18-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı