Modern.az

Sabah Avropa Liqasının final matçı keçiriləcək

Sabah Avropa Liqasının final matçı keçiriləcək

Aktual

25 May 2021, 14:12

UEFA Avropa Liqası 2020-2021 mövsüm kuboku sabah Polşada keçiriləcək final matçı ilə sahibini tapacaq.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın Villarreal və İngiltərənin Mançester Yunayted komandalarının UEFA Avropa Liqasında son matçı sabah saat 22:00-da baş tutacaq. İki komanda da kuboku qazanmaq üçün Polşadakı Gdansk Stadionunda mübarizə aparacaqlar.

Qarşılaşmaya fransalı hakim Klement Turpin rəhbərlik edəcək və yarış “Sports News” telekanalında canlı yayımlanacaq.

 

Qeyd edək ki, Villarreal və Manchester United komandaları UEFA Avropa Liqasında ilk dəfə qarşılaşacaqlar.

 

Mehri Qurban

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı