Türkiyənin A Milli Futbol Komandası ilə Azərbaycan yığma komandası arasında yoldaşlıq oyunu keçiriləcək.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə - Azərbaycan matçı 27 may cümə axşamı, saat 20:00-da Alanya Stadionunda başlayacaq. Artıq Azərbaycan milli komandası Antalyadadır.
Qeyd edək ki, cümə axşamı Alanya Stadionunda oynayan Türkiyə komandası tarixində səkkizinci dəfə Azərbaycanla qarşılaşacaq. 98 illik tarixində bu günə qədər 589 oyun keçirən aypara ulduzlar Azərbaycanla oynadıqları 7 oyundan 5-də, Azərbaycan isə 1-də qalib gəlib.
Mehri Qurban