Modern.az

Təhsil Nazirliyi “Yay məktəbi” ilə bağlı sorğu keçirir 

Təhsil Nazirliyi “Yay məktəbi” ilə bağlı sorğu keçirir 

Aktual

26 May 2021, 11:10

Təhsil Nazirliyi “Yay məktəbi” ilə bağlı sorğu keçirir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, pandemiya səbəbi ilə 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsi distant (məsafədən) formada təşkil edilib.

 

Təhsil Nazirliyi mövcud vəziyyəti nəzərə alaraq, zəruri bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən iki həftə müddətinə ümumi təhsil müəssisələrində "Yay məktəbi"nin təşkili ilə bağlı sorğu keçirir. “Yay məktəbi”nin ödənişsiz və könüllü əsaslarla təşkili nəzərdə tutulur. “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

 

Müvafiq linkə daxil olaraq sorğuda iştirak etmək mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı