Modern.az

Dövlət rüsumlarından 58 milyon manat çox pul yığılması gözlənilir

Dövlət rüsumlarından 58 milyon manat çox pul yığılması gözlənilir

İqtisadiyyat

Bu gün, 11:10

2027-ci ildə dövlət rüsumlarından büdcəyə 420 milyon manat daxil olacağı proqnozlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.

Bu, 2026-cı ilin proqnozundan 58 milyon manat və ya 16 faiz çoxdur. 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə artım 87,8 milyon manat təşkil edir.

Sənəddə cari ilin proqnozu ilə müqayisədə artım dövlət rüsumu tətbiq edilən xidmətlərdən və hüquqi hərəkətlərdən istifadənin sayının çoxalması ilə izah olunur.

Həmçinin aksiz markası ilə markalanmalı məhsulların siyahısının genişləndirilməsinin dövlət rüsumlarından daxilolmalara təsiri nəzərə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!