Modern.az

ABŞ tarixində ilk: Qaradərili qadın qubernator seçildi

ABŞ tarixində ilk: Qaradərili qadın qubernator seçildi

Dünya

Bu gün, 11:09

ABŞ-nin Corciya ştatındak; qubernator seçkilərində Demokratlar Partiyasının namizədi Keyşa Lens Bottoms qalib gəlib. O, ölkə tarixində qubernator seçilən ilk qaradərili qadın kimi tarixə düşüb.

Modern.az xəbər verir ki, bu barədə xarici KIV məlumat yayıb.

Keyşa Lens Bottoms Respublikaçılar Partiyasının namizədi, milyarder Rik Ceksonu məğlub edib.

Məlumata görə, Cekson seçki kampaniyası üçün şəxsi sərvətindən 200 milyon dollardan çox vəsait xərcləyib.

Bottoms Corciyanın hazırkı qubernatoru, populyar respublikaçı Brayan Kempin yerinə keçəcək. Kempin səlahiyyət müddəti başa çatır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!