Bu gün Vətən müharibəsi şəhidi Denis Əliyevin doğum günüdür.
Modern.az xəbər verir ki, Denis Əliyev Aleksandroviç 1989-cu ildə mayın 26-da Xətai rayonunda anadan olub. Milliyətcə rus olub. Tahir Bağırov adına 59 nömrəli məktəbdə təhsil alıb.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün başlanan döyüşlərə qatılıb. Vətən Müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub, doğulduğu rayonda dəfn edilib.
Vətənə əmanət 8 yaşlı qızı yadigar qalıb.
Azərbaycan Prezidenti ilham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Prezidentin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Ruhu şad olsun!
Humay İsgəndərova