Modern.az

Azərbaycanlı alim beynəlxalq konfransda çıxış etdi

Azərbaycanlı alim beynəlxalq konfransda çıxış etdi

Aktual

26 May 2021, 13:26

Gürcüstanın 26 May - Respublika günü münasibətilə Suxumi Dövlət Universitetində Gürcüstan, Azərbaycan, Ukrayna, Özbəkistan və b. ölkələrdən görkəmli alimlərin iştirakı ilə onlayn beynəlxalq konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Azərbaycan Respublikası-Gürcüstan münasibətləri (1991-2021)” mövzusunda məruzə edib.

 

Qarşılıqlı münasibətləri şərtləndirən amilləri və keçilən yolu təhlil edən alim bildirib ki, 1919-cu ildə Ermənistan-Gürcüstan müharibəsi zamanı Azərbaycan və gürcü xalqları çiyin-çiyinə Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşublar. Abxaziya və Tsxinvalidə separatçılığa qarşı mübarizədə də azərbaycanlılar və gürcülər bir yerdə olublar.

 

M.Qasımlı Azərbaycan və Gürcüstan arasında münasibətlərin yeni təməllər üzərində qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini vurğulayıb.  Məruzəni yüksək qiymətləndirən gürcü alimləri iki ölkə arasında münasibətlərin dostluğa və mehriban qonşuluğa əsaslandığını və böyük perspektivlərinin olduğunu bildiriblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı