Modern.az

Goranboyda şəhid ailələri və qazilərin birgə iştirakı ilə tədbir keçirilib - FOTOLAR

Goranboyda şəhid ailələri və qazilərin birgə iştirakı ilə tədbir keçirilib - FOTOLAR

Aktual

26 May 2021, 14:26

Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və ictimai fəalların iştirakı ilə, Todan kəndində Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş Şəhidlər Xatirə-Abidə Kompleksi önündə, “Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı  Azərbaycan Ordusunun rəşadəti ilə,  tariximizə qızıl hərflərlə yazılmış  44 günlük  Vətən müharibəsi- möhtəşəm Zəfər tariximizdir" mövzusunda tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, şəhidlərimizin xatirəsinə  inşa edilmiş həmin abidəyə 3 Milli Qəhrəman - Nofəl Quliyev, Aytəkin Məmmədov və Vüqar Hüseynovun da adları əlavə edilmişdir. Bu qəhrəmanalarımız birinci Qarabağ müharibəsində Goranboy  rayon Todan kəndində mənfur düşmənlərə qarşı vuruşmuş,elə bu kənddə də qəhrəmancasına Şəhid olmuşlar. Onların da adlarının Şəhid olduqları Todan kəndində Şəhidlər Xatirə Kompleksi üzərində qeyd olunması  ailə üzvləri və   kənd sakinləri üçün də böyük qürur hissi ilə qarşılanıb.

 

Tədbirdə iştirak edən  Milli Qəhrəmanların döyüş yoldaşları və övladları Qəhrəmanlarımızın vətənin azadlığı uğrunda göstərdikləri sücaət və qəhrəmanlılarından danışıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı