Modern.az

Ceyhun Bayramov Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibilə görüşdü

Ceyhun Bayramov Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibilə görüşdü

Aktual

26 May 2021, 15:18

Bu gün Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo arasında görüşolub

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a verilən xəbərə görə, görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

“Həmçinin görüşdə nazir 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, Ermənistan tərəfindən müharibə zamanı heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına həmsöhbətinin diqqətini çəkib.

Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata keçirildiyini qeyd edərək, nazir bu xüsusda fiziki sübutlarımızın mövcudluğuna istinad edib və aidiyyəti mexanizmlər ilə əməkdaşlıq imkanlarından faydalandığımızı bildirib”, - deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı