Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru yaradılıb.
Uşaq hüquqları ilə bağlı ayrıca struktur bölmənin yaradılmasında məqsəd müvafiq sahədə fəaliyyətin və idarəetmənin təkmilləşdirilməsindən ibarətdir.
Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, uşaq hüquqlarının müdafiəsi sektoru bu sahədə mövcud olan problemlərin sistemləşdirilməsinə, onların hüquqları ilə bağlı maarifləndirilməsinə, uşaqlarla bağlı məsələlərdə onların iştirakının və əlçatanlığının təmin edilməsinə, onların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi ilə bağlı müraciətlərin operativ qaydada həllinə, uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları, habelə müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir.