Modern.az

Naxçıvan Qarnizonunda növbəti komandir hazırlığı məşğələsi - FOTO

Naxçıvan Qarnizonunda növbəti komandir hazırlığı məşğələsi - FOTO

Aktual

26 May 2021, 18:31

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə növbəti komandir hazırlığı məşğələsi keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə,Komandir hazırlığında bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən məşğələdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları icra edib.

Məşğələ zamanı “Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili” mövzusunda dərs keçirilib.

 

Komandir hazırlığının sonunda zabitlərin hərbi topoqrafiyadan nəzəri bilikləri və fiziki hazırlığı yoxlanılıb.

Əlahiddə Ümumqoşun OrdununTəlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, hərbi hissə komandirləri və müavinləri komandir hazırlığında yüksək nəticə göstəriblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı