Qazaxıstanın Birinci prezidenti, Elbası onun adına heykəl ucaldılmasını istəməyib.
Modern.az xəbər verir ki, bu haqda məlumatı Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibayyayıb.
O qeyd edib ki, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakçı bu təşəbbüs ilə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevə müraciət edib.
Mətbuat katibinin sözlərinə görə, Elbası bu ideyanı dəstəkləmədi:
"Onun belə hədiyyələrdən xoşu gəlmir. Əsəsən də belə təkliflər yerlərdəki məmurlardan gələndə heç dəstəkləmir. Bəzən belə mənzərə yaranır ki, bu kimi informasiyalarla əsassız səs-küy yaratmaq istəyirlər. O bircə dəfə özünün adının ölkədə yeni layihə olan universitet və intellektli məktəbə verilməsinə razılıq verib".
Elbasının mətbuat katibi onu da deyib ki, Paytaxt günü, Birinci Prezident günü kimi tarixlərdəki bayramlar xalqı üçün təsis olunub:
"Bu il ölkəmiz özünün müstəqilliyinin 30 ilini qeyd edir. Bizim üçün əsas hədiyyə heykəllər və ya ad dəyişdirilməsi deyil, stabilliyimizin qorunması, xalqın rifahı, birliyi olmalıdır. Nursultan Nazarbayevin özünün də dediyi kimi, onun üçün ən böyük hədiyyə yeni düşüncəyə sahib olan gənclər, işıqlı gələcəyə inamla addımlayan vətəndaşlar, Qazaxıstanı qurub-yaradan insanlardır".
Aida EYVAZLI