Xalq artisti Faiq Ağayev "Zarafat bir yana" proqramında bir problemi dilə gətirib.
Modern.az xəbər verir ki, "Hər müəllim peşəsinin tələblərinə uyğun olmur" deyə açıqlama verib.
“Məktəb təhsili yetərli olmalıdır. Ali təhsil almaq üçün olan testlər şagirdin təhsildə aldığı bilgilərə əsaslanır. Buradakı məsələ müəllimlərin səhlənkarlığıdır. Çünki hər müəllim peşəsinin tələblərinə uyğun olmur. Bəziləri hazırlıq keçsinlər deyə məktəbdə təhsilə üstünlük vermirlər. Problem şagirddə yox, müəllimdədir. Əgər sən bu dərsi məktəbdə keçirsənsə, hazırlığa nə ehtiyacın var?”.