Afrika koronavirusun üçüncü dalğasının astanasındadır, son iki həftə ərzində qitədə koronavirusa yoluxanların sayı ötən anoloji dövr ilə müqayisədə 20 faiz artıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı regional nümayəndəliyinin rəhbəri Matşidiso Moeti deyib.
"Afrikada üçüncü dalğa təhlükəsi realdır və böyüməkdədir. Yoluxma riski olan afrikalıların peyvəndlənməsinin sürətləndirilməsi priotet sayılır" - M.Moeti bildirib.
Regional nümayəndəliyinin rəhbəri qeyd edib ki, yoluxma sayında artım tendensiyası 14 ölkədə qeyd olunur. Eyni zamanda, bunların səkkizində yoluxma sayında sürətli artım müşahidə edilir - 30%-ə qədər. Cənubi Afrika Respublikası, Uqanda, Anqola, Namibiya bu ölkələr sırasındadırlar:
"Yoluxma sayının artması Afrika ölkələrinə peyvənd tədarükünün ləngiməsi ilə üst-üstə düşüb. Eyni zamanda, qitənin əksər ölkələri koronavirusa qarşı peyvənd ehtiyatlarının üçdə ikisini artıq istifadə edib".