Modern.az

Qırğızıstan prezidentinin korteji qəzaya düşdü

Qırğızıstan prezidentinin korteji qəzaya düşdü

Aktual

4 İyun 2021, 20:44

Qırğızıstan prezidenti Sadır Japarovun avtomobil korteji qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, hadisə İssık-Kul vilayətində baş verib. Kortejin irəlilədiyi yolda qarşı tərəfdən avtomobillərdən biri əks-zolağa daxil olub. Nəticədə maşınlar toqquşub. Hadisə zamanı Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ölüb, 3 nəfər yaralanıb.

 

Sadır Japarovun xəsarət almadığı bildirilir.

 

Qeyd edək ki, məlumata görə, qəzanı törədən avtomobilin sürücüsü sərxoş olub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...