Modern.az

Qalmaqallı restoranın sahibi 4 min manat CƏRİMƏLƏNDİ

Qalmaqallı restoranın sahibi 4 min manat CƏRİMƏLƏNDİ

Aktual

8 İyun 2021, 13:56

Daxili İşlər Nazirliyi (DİN) “İstanbul Meyhane Bilgah” restoranında keçirilən konsert proqramı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

 

DİN-in Mətbuat xidmətin Modern.az-a bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin paytaxt ərazisində keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə restoran sahibi cəzalandırılıb.

 

O qeyd edib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub və xüsusi karantin rejimi pozulub:

 

“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı