Modern.az

Lökbatandakı ağır qəza tıxaca səbəb oldu - FOTO

Lökbatandakı ağır qəza tıxaca səbəb oldu - FOTO

Aktual

11 İyun 2021, 08:50

Bakıda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev feysbukda bildirib. 

 

Onun sözlərinə görə, kənar Dairəvi Yolda Lökbatan dairəsi istiqamətində ağır yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə iki yük avtomobili toqquşub və avtomobillərdən biri aşıb.

 

Bu səbəbdən də qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı