Modern.az

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Aktual

Bu gün, 12:17

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Modern.az xəbər verir ki, başsağlığı Hakkaridə yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığının hərbi qulluqçusunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması ilə bağlıdır.

Başsağlığında deyilir:

“Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir