ABŞ-ın müharibə naziri Pit Heqset Trampın prezidentlik müddətinin sonunadək Pentaqonun rəhbəri vəzifəsində qalmaq niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Bildirilib ki, Pit Heqset Konqresdə nəzarətin yenidən demokratların əlinə keçəcəyi və onların onun rəhbərliyi ilə bağlı araşdırmalara başlayacağı təqdirdə belə, Donald Trampın prezidentlik müddəti başa çatanadək vəzifəsində qalacaq.
Demokratlar hərbi əməliyyatlar, yüksək rütbəli hərbçilərin vəzifədən azad edilməsi, eləcə də Pentaqonun müdafiə müqavilələrinin bağlanması zamanı mümkün qanun pozuntuları ilə bağlı araşdırmalara hazırlaşırlar.
Konqresin nəzarət imkanlarının güclənməsi ehtimalına baxmayaraq, Heqset istefa verməyi planlaşdırmır və qarşıdakı iki il ərzində öz prioritetlərini həyata keçirməyə davam etmək niyyətindədir.
Onun planları arasında ABŞ-ın yeni hərbi bazasının yaradılması və qabaqcıl silah sistemlərinin tətbiqi də var.