Moskva ilə Bakı arasında lüks kruiz laynerinin istifadəyə verilməsi planlaşdırılır.
Modern.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimov bildirib.
Onun sözlərinə görə, gediş-gəliş səfəri təxminən 14 gün çəkəcək. Hər istiqamət üzrə səyahət bir həftə davam edəcək.
Xakimov qeyd edib ki, bir gəmi artıq hazırdır, daha iki gəminin də hazırlanması gözlənilir. Layihə uğurlu olarsa, həmin gəmilər də Bakı istiqamətinə yönləndirilə bilər.
Ticarət nümayəndəsi gəmilərin tikintisinə dövlət tərəfindən, o cümlədən Rusiyanın Sənaye və Ticarət Nazirliyi vasitəsilə dəstək göstərildiyini bildirib.