Modern.az

Ağdaşda dəhşətli qəza - 2 ölü, 1 yaralı

Ağdaşda dəhşətli qəza - 2 ölü, 1 yaralı

Aktual

29 İyun 2021, 09:42

Ağdaşda faciə ilə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə iyunun 29-da səhər saat 5:30 radələrində rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkədə olan “Mercedes” markalı minik avtomobili Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Salmanovun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

 

Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb edilib. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi