Modern.az

Xocavənddə silah-sursat tapıldı

Xocavənddə silah-sursat tapıldı

Aktual

29 İyun 2021, 11:16

Xocavənddə silah-sursat aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

 

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 4 avtomat, 1 tank əleyhinə raket qurğusu, 1 “AQS-17” qurğusu, 41 müxtəlif növ əl qumbarası, 14 müxtəlif növ partladıcılar, 30 avtomat darağı, 4600 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi