Modern.az

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

Aktual

29 İyun 2021, 15:38

İkinci Qarabağ müharibəsində şəhid olmuş Füzuli rayonunun Zərgər kəndindən olan Elgün Paşayevin atası dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə rayonu parlamentdə təmsil edən deputat Vüqar Bayramov məlumat verib.

 

Deputatın sözlərinə görə, bu gün şəhid atasının 3 mərasimidir:

 

“İlham Paşayevin dünyasını dəyişməsindən 3 gün keçdi. Şəhid atası ilə Vətən müharibəsindən sonra görüşüb dərdlərinə şərik olmuşduq. Qəhrəman övlad yetişdirdiyi üçün minnətdarlıq duymuşduq. Artıq özü də əbədiyyətə qovuşdu”.

 

Deputat Şəhid atası İlham  Paşayevə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyib.

Sizə yeni x var
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər