İctimai Palatanın 13 oktyabr yürüş-mitinqi təxirə salınıb. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməyən yürüşün vaxtı dəyişdirilib.
“Hələlik məndə olan məlumata görə, yürüş-mitinq təxirə salınaraq keçirilmə vaxtı dəyişdiriləcək. Yürüşün oktyabrın 20-də saat 15:00-da Fəvvarələr Meydanında keçirilməsi nəzərdə tutulur”, - deyə G.Aslanlı məlumat verib.
Qeyd edək ki, İctimai Palata oktyabrın 13-də vaxtilə Məşədi Əzizbəyovun heykəlinin olduğu ərazidən başlayaraq, Milli Məclisin önünə qədər yürüş-mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlasada müsbət cavab almayıb. Belə ki, Bakı meriyası müxalifətə şəhərdə yürüş keçirməyə icazə verməyərək onlar yenidən “20-ci sahə”də mitinq keçirməyi təklif edib. İctimai Palata hakimiyyətin bu qərarına etiraz edərək icazəsiz aksiya keçimək qərarına gəlib.
Anar RÜSTƏMOV