Bu gün Rusiyanın paytaxtı Moskvada şəhərində “Holidey İnn Moskva Sokolniki” otelində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) hesabat-seçim konfransı öz işinə başlayıb. Modern.az xəbər verir ki, millət vəkili Fuad Muradov həmin konfransda iştirak edib. Millət vəkili konfrans zamanı “Böyük İpək Yolu” Gənclər İttifaqını təmsil edib və iştirakçılara “Böyük İpək Yolu” Gənclər İttifaqı haqqında məlumat verib.
Qeyd edək ki, F. Muradov və Ceyhun Osmanlı Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının III hesabat-seçki konfransında iştirak etmək üçün oktyabrın 11-dən 14-dək Moskvada səfərdədirlər. Səfər çərçivəsində Azərbaycan–Rusiya Gənclər Forumu keçiriləcək və təşkilatın idarə heyətinə seçkilər aparılacaq.
Sonra deputatlar oktyabrın 14-dən 16-dək İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyası tərəfindən təşkil edilmiş “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda beynəlxalq forumun işinə qatılacaqlar. Onlar konfransda müzakirə edilən məsələlərlə əlaqədar öz fikirlərini bildirəcəklər.
Sevinc İltifatqızı