Azərbaycan Alpinizm Federasiyası sabah - oktyabrın 13-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcək. Konfransın keçirilməsində məqsəd, 6-7 oktyabr tarixlərində Beşbarmaq dağ massivində mərhum alpinist Akif Rüstəmovun xatirəsinə keçirilmiş Qayayadırmanma üzrə açıq Kubokun qaliblərinin mükafatlandırılması, “Mehriban dağlar” xeyriyyə layihəsinin icrası barədə məlumat və digər məsələlərin müzakirəsidir.
Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən bildirilib ki, Azərbaycan alpinizmi, öz tarixi boyunca bir sıra uğurlara imza atsa da, bu uğurlar yetərincə ictimaiyyətin diqqətinə çatdırılmayıb. Bu səbəbdəndir ki, belə maraqlı idman növü barədə ictimaiyyət kifayət qədər məlumata malik deyil. Təbliğat işində də, heç şübhəsiz, medianın rolu əvəzedilməzdir.
Sabahkı mətbuat konfransının önəmli məqamlarından biri də məhz alpinistlərlə jurnalistlərin bir araya gəlməsidir.
Modern.az