Modern.az

Elmar Məmmədyarov İranın yeni səfirini qəbul etdi

Elmar Məmmədyarov İranın yeni səfirini qəbul etdi

Aktual

12 Oktyabr 2012, 19:00

Xarici işlər naziri (XİN) Elmar Məmmədyarov İran İslam Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Möhsün Pakayini qəbul edib. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, nazir Elmar Məmmədyarov İran səfirini ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Nazir Elmar Məmmədyarov ortaq tarixi və mədəni köklərə malik iki qonşu ölkə arasında münasibətlərin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasının önəmini qeyd edib.  

İran İslam Respublikasının səfiri Möhsün Pakayin ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu bildirib və Azərtbaycan ilə İran arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. Səfir həmçinin, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib və ölkəsinin müstəqil Azərbaycanla əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.  

Modern.az 
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı