Modern.az

Azərbaycan Tokio Paralimpiya Oyunlarında ilk medalını qazandı

Azərbaycan Tokio Paralimpiya Oyunlarında ilk medalını qazandı

Aktual

26 Avqust 2021, 08:01

Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

 

Modern.az xəbər verir ki, Paralimpiadanın ikinci günündə pauerliftinqçimiz Pərvin Məmmədov mübarizəyə qatılıb. Yarışda 49 kiloqram çəki dərəcəsində çıxış edən paralimpiyaçımız 156 kiloqramlıq nəticə göstərib və bürünc medala sahib olub.

 

Yarışın qalibi İordaniya idmançısı Omar Sami Hamadeh Qarada olub. İkinci yeri vyetnanlı Conq Le Van tutub.

 

Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

 

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı