Modern.az

Ötən gün 53 nəfər toya buraxılmayıb

Ötən gün 53 nəfər toya buraxılmayıb

Aktual

26 Avqust 2021, 09:45

Avqustun 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 12 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-dən Modern.az-a verilən məlumaat görə, monitorinq 7 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

-5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

 

-53 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı