Modern.az

Qüdrətli Azərbaycanın quruculuğunda Mehriban Əliyevanın rolu əvəzsizdir

Qüdrətli Azərbaycanın quruculuğunda Mehriban Əliyevanın rolu əvəzsizdir

Aktual

26 Avqust 2021, 10:53

Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi  Mehriban xanım Əliyeva vitse - prezident təyin olunduqdan sonra ölkədə idarəçiliyin fəlsəfəsi dəyişdi, institusionallıq gücləndi. O, peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açdı. Mehriban xanım Əliyeva kifayət qədər intellektual şəxsiyyət olduğundan idarəçilik mühitinin rasionallığına töhfələr verdi.

 

Mehriban Əliyevanın sağlam düşüncəyə malik olması ona  uğur qazandıran əsas faktorlardan biridir. İnsan bəzən bu keyfiyyətlə dünyaya gəlir. Onun ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına verdiyi töhfələr  sağlam düşüncənin məhsuludur. Dünyanın tanınmış simalarının böyük əksəriyyəti bu sahələrin inkişafında əllərindən gələni əsirgəmirlər. Mehriban xanımın bu istiqamətlərdə gördüyü işlər dünya çapında nümunəvi xarakter daşıyır.

 

Mehriban xanım Əliyevanın Heydər Əliyev Mərkəzinin təşkili və idarəolunmasında əvəzsiz xidmətləri var. Bu Mərkəzin həyata keçirdyi layihələr  ölkədə davamlı inkişafa öz töhfəsini verib və verəcək. Onun irəli sürdüyü ideyalar intuisiyasına söykənir, parlaq gələcəyimizə zəmin yaradır. Xanım Əliyevanın sağlam  düşüncəsi,  yüksək intellekti, öz gücünə inamını artırır.  

 

Dövlətin və cəmiyyətin inkişafına xidmət edən işləri sona qədər yerinə yetirmək bacarığı Mehriban Əliyevada xüsusilə fərlənir.  Bu, çox mühüm keyfiyyətdir. O, hansı layihəyə imza atıbsa onu uğurla başa çatdırıb. Hesab edirik ki, ölkəmizin gələcək inkişafı naminə belə layihələrin sayı daha da artacaq. Mehriban xanım tərəfindən irəli sürülən ideyaların zamanında gerçəkləşməsi onun möhkəm xarakteri və qətiyyəti ilə bağlıdır.

 

Dahi alman filosofu İmmanuil Kant idaretmə sənətini ən çətin sənət kimi önə çəkirdi. Bu bacarıq bir-birini yüksək dəqiqliklə tamamlayan sadaladığım keyfiyyətlərin məcmusudur. Mehriban xanımın idarəçilik metodu səliqəlidir, şəffafdır, bəşəri xarakter daşıyır.

 

Mehriban Əliyevanın yaradıcı potensialı çox güclüdür. Onun gördüyü işlər yaradıcılıq,  quruculuq nümunələridir, yeniliklərlə zəngindir. Görülən işlərdə yüksək  mədəniyyət, nəciblik və uzaqgörənlik elementləri parlaq şəkildə özünü biruzə verir.

 

Mehriban Əliyevanı Xalqımıza sevdirən əsas cəhətlərindən biri də insanlara münasibətidir. İnsanlara münasibətdə səmimilik çox önəmlidir. Onun səmimiyyəti əvəzsizdir. Bizlər bunu əyani şəkildə görmüşük. Səmimiyyət Xanım Əliyevanın mənsub olduğu nəslə xas olan əsas keyfiyyət olduğundan bunu irsi də adlandırmaq olar.

 

Mehriban xanın Əliyevanın ölkəmizin Beynəlxalq nüfuzunun artırılmasında da fəaliyyət istiqamələri çoxşaxəlidir. Onun UNESCO və İSESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Dünyanın maddi, qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılması, dinlər və mədəniyyətləarası dialoq mühitinin yaradılması təşəbbüsləri xüsusilə qeyd olunmalıdır.

 

Mehriban Əliyevanın nitqləri, gördüyü əməli işlər onun müdriklik zirvəsini fəth etməsinə sübutdur. Sadaladığm keyfiyyətlər xüsusi bilik və təcrübə tələb edir. Bu keyfiyyətlərə sahib olanlar  nümunəvi şəxsiyyət olmaqla yanaşı, idarəetmə və rəhbərlik qabiliyyəti ilə də seçilirlər. Onun hər yeni ideyası üfüqdə dan ulduzu kimi parlayır...Və Azərbaycanın xoşbəxt gələciyi üçün bizlərdə optimist ovqat yaradır.  

 

Mehriban xanım Əliyevaya gələcək işlərində uğurlar arzulayıram…

 

Etibar Əliyev,

Millət vəkili,  fəlsəfə doktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı