Modern.az

Həsrət Cəfərov Azərbaycanın bayraqdarı oldu

Həsrət Cəfərov Azərbaycanın bayraqdarı oldu

Aktual

26 Avqust 2021, 12:28

Kazanda keçiriləcək birinci MDB Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov komandamızın bayraqdarı olacaq. H.Cəfərov (67 kq) ötən həftə Rusiyanın digər şəhəri - Ufada keçirilən dünya çempionatının qalibi olub.

 

Açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulub.

 

Sentyabrın 4-11-də keçiriləcək Oyunlarda Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq.

 

Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks) (6) idman növlərində mübarizə aparacaqlar.

 

Nümayəndə heyətinin şef-demissionu Olimpiya çempionu, Gənclər və İdman Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurovdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı