Modern.az

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başladı - VİDEO

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başladı - VİDEO

Aktual

26 Avqust 2021, 19:12

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilk mərhələsinə start verilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, minaatanlar, qumbaraatanlar və pulemyotlardan atəş tapşırıqları yerinə yetiriblər.

 

Fərdi mərhələnin nəticələrinə əsasən hərbçilərimiz bütün hədəfləri sərrast atəşlə məhv ediblər.

 

Hakimlərin qərarına görə hərbçilərimiz doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.

 

Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiyadan olan artilleriyaçılar qazanıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı