Modern.az

Kabildəki terroru İŞİD törədib - İDDİA

Kabildəki terroru İŞİD törədib - İDDİA

Aktual

26 Avqust 2021, 19:58

Böyük Britaniya Kabildə törədilən terror aktının İŞİD qruplaşmasının Əfqanıstan qolu olan Vilayət Xorasan tərəfindən törədildiyini iddia edir.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” nəşri hərbi mənbələrə istinadən yazıb.

 

Nəşr qeyd edir ki, Kabildə baş verən partlayışlara baxmayaraq, Britaniya hökuməti Əfqanıstanda olan vətəndaşlarının təxliyəsinin dayandırılması barədə hələ də yekun qərar verməyib.

 

Bildirilir ki, məsələ Baş nazir Boris Consonun rəhbərliyi altında təcili çağırılan fövqəladə hökumət komitəsinin iclasında müzakirə olunacaq.

 

“Politico” nəşri də Amerika administrasiyasındakı mənbəyə və məlumatlı şəxslərə istinadən Kabil hava limanında baş verən partlayışa görə İŞİD terror təşkilatının məsuliyyət daşıdığını açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı