Modern.az

Bu cihaz koronavirusu 10 saniyəyə aşkar edir 

Bu cihaz koronavirusu 10 saniyəyə aşkar edir 

Aktual

2 Sentyabr 2021, 14:16

Türkiyənin Bilkent Universitetinin Milli Nanotexnologiya Araşdırma Mərkəzində (UNAM) hazırlanan yeni "Diagnovir" adlı anticisim testi ilə 10 saniyə ərzində 99 faiz dəqiqliklə koronavirusu aşkar etmək mümkündür.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Yeni testi digər PCR testindən fərqləndirən üstünlük odur ki, ağız və burnun dərin hissələrindən yaxma nümunələri əvəzinə ağızdan tüpürcək götürülür.

 

"Diagnovir"in rekord müddətdə nəticə verən dünyanın ən sürətli testi olduğu söylənilir. "Diagnovir" testinə Ukrayna və Almaniya kimi ölkələrdə artıq tələbat var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi